PEYĞAMBƏRİMİZƏ İLK VƏHY HARADA ENDİ?

0

Qurani-Kərim Peyğambər əfəndimizə 610-cı ilin Ramazan ayında Nur Dağındakı Hira mağarasında endirliməyə başlandı.   

Quran Peyğambərimizə Hz. Cəbrail (a.s) vasitəsiylə endirildi. Buna görə də Hz. Cəbrail (a.s) mələklərin ən fəzilətlisi oldu.

Quran, Peyğambər (s.a.s) əfəndimizin mübarək qəlbinə endi və O, bütün elçilərin öndəri oldu.

Quran, Məhəmməd ümmətinə gəldi və o ümmət ümmətlərin ən xeyirlisi (üstünü) oldu.

Quran, Ramazan ayında endi  və o ay ayların ən xeyirlisi oldu.

Quran, qədir gecəsində endi və o gecə bütün gecələrin xeyirlisi, bütün gecələrin fəzilətlisi oldu.

Quran, Məkkə və Mədinədə nazil oldu və  hər iki şəhər şəhərlərin ən dəyərlisi, bütün şəhərlərin mərkəzi oldu. Mədinə nurlandı, Peyğambər şəhəri oldu.

Əgər Quran, sənin də qəlbinə və həyatına enərsə, onda sən də insanların ən xeyirlisi olarsan!

Peyğambərimiz belə buyurdu:

“Sizin ən xeyirliniz Quranı öyrənib onu başqalarına öyrədəninizdir.” (Buxarî, Fedailül-Quran, 21; Əbu Davud, Vitr, 14/1452; Tirmizi, Fedailül-Quran, 15/2907)

Dr. Murat Kaya

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ DİN XADİMİ İMKANSIZ UŞAQLAR ÜÇÜN MƏSCİDİ MƏKTƏBƏ ÇEVİRDİ – VİDEO

Türkiyə Muş vilayətinin Varto rayonundakı məscidlərdən birinin imamı, evində internet olmadığı üçün disidant təhsildən istifadə edə bilməyən şagirdlər üçün kreativ...

Bağla