PKK-NIN RƏHBƏR ŞƏXSLƏRİNDƏN BİRİ ÖLDÜRÜLÜB, BİRİ SAXLANILIB

0

Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) Suriyada keçirdiyi əməliyyatla, Tel Tamir əyalətinin PKK/YPG üzrə qondarma briqadir komandanı Kamal Pir kod adlı İbrahim Mohammad Nasir məhv edilib.   

Həmçinin, Şırnak vilayəti Jandarm Komandanlığının PKK/KCK-PYD/YPG terror təşkilatına qarşı keçirdiyi əməliyyat vaxtı Canfəda Alman kod adlı Azad Öngüç ələ keçirilib. Öngüçün TIR-ın altında gizlənərək Türkiyəyə keçməyə cəhd edərkən ələ keçirildiyi bildirilib.

Bundan başqa, Türkiyə Milli Müdafiə Nazirliyi sosial şəbəkədəki rəsmi səhifəsində, Şimali Suriyada 5 PKK/YPG terrorçusunu məhv etdiyini açıqlayıb.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya qoyuluşu açıqlanıb

İndiyə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 19,5 milyard ABŞ dolları, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyard ABŞ dolları investisiya qoyub. "Report"...

Bağla