POLAD HƏŞİMOV PARKI İSTİFADƏ ÜÇÜN TAM HAZIRDIR

0

Bakıda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adına salınan parkda işlər tam yekunlaşıb.

Xətai Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Pənah İmanov bildirib ki, parkın ərazisi ilə yanaşı, həm də parka birləşən həyətlər də abadlaşdırılıb:

“Görülən işlər çərçivəsində uşaqdan böyüyə hər kəsin rahatlığının təmin olunması nəzərdə tutulub. İdman qurğuları, attraksionlar, yaşlı insanların asudə vaxtlarını səmərəli keçirməsi üçün söhbətkeşlər və oturacaqlar quraşdırılıb”.

Parkda həmçinin abidə kompleksi də yaradılıb. Polad Həşimovun və 8 şəhidin xatirə lövhəsi vurulub.

Eyni zamanda parka yaxın olan 8 binanın fasadları təmir olunub, həyətlərdə idman qurğuları, şahmat meydançası, mini stadion yaradılıb.

Qeyd edək ki, sabah – iyulun 14-də Polad Həşimovun doğum günündə parkın açılış mərasimi keçiriləcək.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“ƏFQANISTAN MÜZAKİRƏLƏRİ TÜRKİYƏNİN ARZULADIĞI KİMİ İRƏLİLƏYİR”

“Əfqanıstanla bağlı müzakirələrimiz Türkiyənin arzuladığı şəkildə faydalı şəkildə irəliləyir”. “TRT Haber” xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar...

Bağla