“BİZİM MİLLİ, DİNİ İRSİMİZ HAQQINDA NİYƏ HEÇ KİM MƏSƏLƏ QALDIRMIR?”

0

“Abidələrimiz düşmən tərəfindən dağıdılıb. Dünya 30 il ərzində buna səssiz qalıb. Dəfələrlə biz bu məsələni qaldırmışıq. Beynəlxalq kürsülərdən qaldırmışıq. Tarixi, dini abidələrimiz dağıdılıb, təhqir edilib.

Dəfələrlə o videoları biz göstərirdik. Ağdam məscidi, Şuşa məscidləri, o vaxt işğal altında olan digər məscidlərin vəziyyətini göstərərək deyirdik ki, mənfur düşmən bizim dini abidələrimizi dağıdıb, təhqir edib”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı deyib.

“Zəngilan işğaldan azad olunandan sonra Zəngilan rayonunda yerləşən məscidlərin birində donuzların saxlanması ilə bağlı videokadrlar nümayiş etdirilmişdir. Düşmən təhqir edib bizim dinimizi. Bütün müsəlmanları təhqir edib.

Burda məscid olub, indi yoxdur, dağıdıblar. İndi bu gün bəziləri azad edilmiş torpaqlarda erməni xalqının dini irsi haqqında məsələ qaldırırlar. Bəs bizim milli, dini irsimiz haqqında niyə heç kim məsələ qaldırmır?”, – deyə dövlət başçısı əlavə edib.

Ali Baş Komandanın videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENT İLHAM ƏLİYEVIN DOĞUM GÜNÜDÜR

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 59 yaşı tamam...

Bağla