Prezident İlham Əliyev Ərdoğanın andiçmə mərasimində iştirak edəcək

0

Azərbaycan prezidenti İlham Əliyev, son seçkidə zəfər qaanan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın and içmə mərasimində iştirak edəcək.

Bu barədə Türkiyənin “haber7.com” xəbər portalında məlumat paylaşılıb. Məlumata görə Rəcəb Tayyib Ərdoğanın and içmə mərasimi iyunun 3-də şənbə günü keçiriləcək.

Türkiyə Böyük Millət Məclisində (TBMM) keçiriləcək mərasimdə 20 dövlət başçısı ilə 45-ə yaxın nazirin iştirakı nəzərdə tutulur.

Xəbərdə bildirilir ki, başda Azərbaycan prezidenti İlham Əliyev olmaqla digər türk respublikalarının rəhbərləri də mərasimdə olacaqlar.

Həmçinin mərasdimdə NATO baş katibi Yens Stoltenberqin də iştirakı gözlənilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ ZƏVVARLARIN İŞİNİ ASANLAŞDIRAN LAYİHƏ HƏYATA KEÇİRİLİB

Türkiyə İstanbul Hava Limanında (İHL) Həcc ziyarətinə gedən zəvvarların işini asanlaşdıracaq bir layihə həyata keçirilib. “Məkkə yolu” adlı bu layihəyə...

Bağla