PREZİDENT İLHAM ƏLİYEV RƏCƏB TAYYİB ƏRDOĞANA BAŞSAĞLIĞI VERİB

0

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

İslamveirfan.com xəbər verir ki, başsağlığıda deyilir:

Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.

Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PKK TERROR QRUPLAŞMASINA AĞIR ZƏRBƏ VURULDU – VİDEO

Türkiyə Silahlı Qüvvələrinin (TSK) hərbçiləri separatçı PKK/YPG terror qruplaşmasına ağır zərbə endirib. İslamveirfan.com xəbər verir ki, bu brədə Türkiyə Milli...

Bağla