Prezident Rəcəb Tayyib Ərdoğan şəhidlərin xatirəsini ehtiramla yad edib

0

Azərbaycan Respublikasında dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Şəhidlər xiyabanını ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Rəcəb Tayyib Ərdoğan “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Türkiyə Prezidenti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüb.

Ali qonaq Xatirə kitabına ürək sözlərini yazıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALLAHIN TƏYİN ETDİYİ YOL İSLAM

Ey iman gətirənlər, bütövlüklə İslama daxil olun (İslamın bütün əmrlərini yerinə yetirin)! Şeytanın addımlarını izləməyin! Şübhəsiz ki, o sizin açıq-aydın...

Bağla