PREZİDENTİN KÖMƏKÇİSİ: AŞPA İSLAMOFOBİYANI TƏŞVİQ EDİR

0

Avropa Şurası Parlament Assambleyası (AŞPA) islamofobiyanı təşviq edir.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Parçalanmış Dünyanın Bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun panel iclasında deyib.

H.Hacıyev AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirdiyinə diqqət çəkərək bildirib ki, Azərbaycan stabil regionun qurulması üçün çalışır. Bu isə BMT konsepsiyası əsasında qurulacaq.

“Biz çoxtərəfli böhran yaşayırıq. Beynəlxalq təşkilatların qarşılarında duran öhdəlikləri icra etməmələri əsas problemlərdəndir. Məsələn, COVID-19-un vurduğu ziyanların qarşısı tam alınmamışdı. Azərbaycan isə koronavirus pandemiyası ilə mübarizədə öz töhfəsini verdi”, – Prezidentin köməkçisi əlavə edib.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BİNƏLİ YILDIRIM: ZƏNGƏZUR DƏHLİZİ MÜTLƏQ AÇILMALIDIR

Zəngəzur dəhlizi mütləq açılmalıdır. Bunu Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI...

Bağla