PREZİDENTİNİN XÜSUSİ NÜMAYƏNDƏSİ: “ŞƏHİDLƏRİMİZİN QANI YERDƏ QALMADI”

0

“Şəhidlərimizin qanı yerdə qalmadı, bundan sonra da qalmayacaq”.

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb.

“Müdafiə Nazirliyinin rəsmi açıqlamasına görə sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında mənfur düşmənin təxribatı nəticəsində Ordumuzdan 50 nəfər şəhid olmuşdur! Şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Şəhidlərimizin qanı yerdə qalmadı, bundan sonra da qalmayacaq!”, – Emin Hüseynov qeyd edib.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İlham Əliyev qardaş Türkiyənin hər zamankı kimi Azərbaycanın yanında olduğunu bildirib

Xəbər verdiyimiz kimi, sentyabrın 13-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Azərbaycan Prezidentinin...

Bağla