Qəzzanın dəniz blokadasının yarılmasına imkan verməyəcəyik

0

İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, İsrail hərbçiləri Qəzza zolağının dəniz blokadasının yarılması və “təxribat donanması” ilə bağlı gəmilərin əraziyə daxil olma cəhdlərinin qarşısını alıb.

“Report” xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində “blokadanı yarmaq” kimi bəyan edilmiş məqsədlə Qəzza zolağı sahillərinə doğru hərəkət edən fələstinyönümlü “Sumud” donanmasının 58 gəmisindən 15-nin ələ keçirilməsini şərh edərkən bildirib.

“Hazırda İsrail ötən gecə baş verən hadisələr də daxil olmaqla, Qəzzanın qanuni dəniz blokadasının yarılması və “təxribat donanması” gəmilərinin əraziyə daxil olması cəhdlərinin qarşısını müvəffəqiyyətlə alıb. Gəmilərdən çıxarılan “təxribat donanması”nın bütün iştirakçıları təxliyə edilib, yaralanan yoxdur”, – o yazıb.

Saar bildirib ki, Yunanıstan hökuməti ilə əldə olunmuş razılaşmaya əsasən, həmin donanmadan İsrail gəmilərinə keçirilən vətəndaşlar yaxın saatlarda Yunanıstan sahillərinə çatdırılacaqlar. O, insident iştirakçılarını qəbul etməyə hazır olduğuna görə Yunanıstan tərəfinə minnətdarlığını bildirib.

Nazir vurğulayıb ki, İsrail Qəzzanın qanuni dəniz blokadasının yarılmasına imkan verməyəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İspaniya “Sumud” donanmasının gəmilərinin ələ keçirilməsinə görə İsrailə etirazını bildirib

"Qlobal Sumud Donanması"nın gəmilərinin ələ keçirilməsi ilə əlaqədar İsrailin Madriddəki müvəqqəti işlər vəkili İspaniyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu...

Bağla