QANALI QURAN HAFİZLƏRİNİN VİDEOSU 20 MİLYONDAN ÇOX İZLƏNİB – VİDEO

0

Afrika qanalı bir qrup hafizinin çəkdiyi və Tik-Tok şəbəkəsində paylaşdığı Quran oxuma videosu təqribən 21 milyon dəfə izlənib.

Çəkilən videoda, gənc hafizlər əvvəlki yoldaşlarının oxuduğu Quran ayəsinin davamını oxumağa cəhd edirlər.

Videonu çəkən Malama Svabira Anadolu agentliyi müxbirinə verdiyi açıqlamada, Tik-Tokda  “meydan oxuma” müsabiqəsini gördüyünü və bunu yoldaşları ilə tətbiq etdiklərini deyib.

“Hamımız hafiz olduğumuz üçün bunu yeniləmək istədim, ona görə də mahnı sözləri əvəzinə Qurani-Kərim ayələrindən istifadə etdik.” – deyə Svabira qeyd edib.

Svabira videonun 20.7 milyondan çox izləndiyini vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RAMAZAN AYINDA NƏLƏRƏ DİQQƏT EDİLMƏLİDİR?

Bağla