“QARABAĞ MÜHARİBƏSI TÜRK DÜNYASININ ÖNƏMİNİ GÖSTƏRDİ”

0

“Həm Dağlıq Qarabağ müharibəsi, həm də pandemiya dövründə yaşadıqlarımız türk dünyasının birlik, bərabərlik və həmrəyliyinin önəmini göstərdi”.

Bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dünyası Meteoroloji Forumuna göndərdiyi təbrik məktubunda bildirib.

“Türk dünyası olaraq arxada qoyduğumuz müddətdə koronavirus pandemiyası səbəbi ilə aralarında dostlarımızın, sevdiklərimizin də olduğu bir çox insanı itirmə kədərini yaşadıq. Amma yenə də eyni dönəmdə 30 illik işğalın ardından Dağlıq Qarabağın yenidən ana vətənə qovuşması sevincini ürəkdən hiss etdik”, – Prezident vurğulayıb.

R.T.Ərdoğan 44 gün çəkən dastanvari müharibədə qazanılan böyük zəfər münasibətilə Azərbaycan xalqını təbrik edib: “Eyni dili danışan, eyni dinə inanan, tarixi bir, mədəniyyəti bir, 300 milyonluq çox böyük bir ailə olduğumuzu bu hadisə ilə göstərdik. Ailə fərdləri olaraq qarşımızdakı dövrdə əsl məsuliyyətimiz bu əlaqələri gücləndirmək, aramızdakı əməkdaşlığı daha da inkişaf etdirmək olmalıdır. Türk Dünyası Meteorologiya Birliyinin qurulması düşüncəsinin bu istiqamətdə atılmış təqdirəlayiq addım olduğunu düşünürəm”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏLİ ERBAŞIN AYASOFİYA MƏSCİDİNDƏN GÖZƏL BİR XATİRƏSİ – FOTO

Ötən axşam Türkiyə Diyanət İşləri başqanı Əli Erbaş rəqaib gecəsi münasibəti ilə Böyük Ayasofiya məscidində çıxış edərkən qəribə bir hadisə...

Bağla