QARABAĞA SƏFƏRLƏRLƏ BAĞLI SAYT YARADILIB

0

Azərbaycanın işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərlərlə bağlı sayt yaradılıb. Məlumata görə, yolumuzqarabaga.az saytını Dövlət Turizm Agentliyi yaradıb. İnternet resursunun bu gündən işə düşəcəyi gözlənilir.

Xatırladaq ki, yanvarın 24-dən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir. Nəzərdə tutulan marşrut xətləri Bakı – Şuşa – Bakı, Əhmədbəyli – Şuşa – Əhmədbəyli, Bakı – Ağdam – Bakı və Bərdə – Ağdam – Bərdədir. Sərnişindaşımada sistemliliyin, növbəliliyin təmin edilməsi, kvotalara ciddi riayət edilməsi, müvafiq məlumat bazasının formalaşdırılması üçün marşrut xətləri üzrə bilet satışının onlayn qaydada həyata keçirilməsi nəzərdə tutulur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SƏLCUQ BAYRAKTAR: “BİZ TORPAQLARIMIZI GERİ ALDIQ VƏ BUNUNLA DA QÜRUR DUYURUQ”

"Biz torpaqlarımızı geri aldıq və bununla da ancaq qürur duyuruq". Bu fikirləri özünün rəsmi tviter hesabında Türkiyənin "Baykar" şirkətinin texniki...

Bağla