“Qarabağın 30 illik işğalına son verən müharibə TDT-nin son uğurlarındandır”

0

“Qarabağın 30 illik işğalına son verən Vətən müharibəsi Türk Dövlətləri Təşkilatının son uğurlarındandır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə deyib.

Onun sözlərinə görə, hədəf regional və beynəlxalq imkanları rifah naminə dəyərləndirməkdir: “Şimali Kiprin TDT-yə müşahidəçi ölkə kimi üzvlüyü həmrəyliyimizi daha da artırıb”.

Ərdoğan həmçinin bildirib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin bitməsinə çalışır: “İlk gündən bu istiqamətdə səylərimizi davam etdiririk”.

Qeyd edək ki, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü keçirilir.

İclasda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənın dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iştirak edirlər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının görüşündə mühüm qərarlar qəbul edilib”

“Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin Avazada baş tutan görüşündə mühüm qərarlar qəbul edilib". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib...

Bağla