Qazi Universitetində Qarabağ Zəfərinin beşinci ildönümü münasibətilə konfrans keçirilib

0

Türkiyənin Qazi Universitetində Qarabağ Zəfərinin beşinci ildönümü münasibətilə “Türk Dövlətləri Təşkilatının 2040-cı il Vizyon Sənədi” mövzusundə konfrans keçirilib.

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Səfirliyin müşaviri Füzuli Məcidlinin natiq kimi qatıldığı görüşdə Azərbaycanın Qarabağ zəfərinin tarixi və strateji əhəmiyyəti, Azərbaycan ilə Türkiyə arasındakı sarsılmaz qardaşlıq münasibətləri və Qarabağ zəfərinin Türk Dünyası daxilində birlik və həmrəylik ruhuna verdiyi töhfələr diqqətə çatdırılıb. Tədbirdə vətən uğrunda canlarını fəda edən bütün şəhidlər yad edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BMT TŞ Əhməd Əl Şaraanı sanksiya siyahılarından çıxarıb

BMT Təhlükəsizlik Şurası Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanı və ölkənin keçid hökumətində daxili işlər naziri vəzifəsini...

Bağla