QMİ sədri İslam Aləmi Liqasının tədbirində iştirak etmək üçün Səudiyyə Ərəbistanına gedəcək

0

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İslam Aləmi Liqasının Elektron Platformasının təqdimat və müzakirəsində iştirak edəcək.

Bu barədə QMİ-dən məlumat verilib.

Qeyd olunub ki, QMİ sədri sabah Səudiyyə Ərəbistanına səfər edəcək.

Məlumata görə, İslam Aləmi Liqası dünyadakı missiyasına sadiq qalaraq, rəqəmsal dövrün gətirdiyi yeniliklər, çətinliklər və imkanlarla uyğunlaşaraq öz qlobal platformasını istifadəyə verməyi və bu platforma vasitəsilə uzun müddətdir həllini gözləyən rəqəmsal problemlərin aradan qaldırılmasına töhfə verməyi hədəfləyir.

Mərasimdə İslam dünyasının müftiləri, böyük alimləri, fiqh və şəriət elmi qurumlarının nümayəndələri iştirak edəcəklər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə DİN rəsmisi: Zəngəzur dəhlizi bölgə və dünya iqtisadiyyatına töhfə verəcək

Zəngəzur dəhlizi bölgə və dünya iqtisadiyyatına mühüm töhfə verəcək. "Report" xəbər verir ki, bunu Türkiyə Daxili İşlər Nazirliyi (din) Vətəndaş cəmiyyəti...

Bağla