QMİ SƏDRİ QURANIN YANDIRILMASINI BEYNƏLXALQ KÜRSÜDƏ PİSLƏYİB

0

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İtaliyanın Avropa Şurası Nazirlər Komitəsi sədrliyi çərçivəsində Strasburq şəhərində keçirilən dinlərarası dialoqa həsr edilmiş “Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq” adlı konfransda çıxış edib. Azərbaycanın dini rəhbəri bildirib ki, müqəddəs “Qurani-Kərim” yaxşılığa çağıran, xeyirli işlər görməyi buyuran və pis əməllərdən çəkindirən bir camaat olmağı bizə tövsiyə edir.

Dünyada baş verən münaqişələrə toxunan Qafqaz Müsəlmanlar İdarəsinin sədri Ukraynada yaşanan humanitar fəlakətin hər kəsi narahat etdiyini bildirərək deyib ki, müasir dövrümüzdə təcavüzə və zorakılığa təhrik edən nifrət çağırışları bəşəri təhlükəyə çevrilərək ağır cinayətlərə gətirib çıxarmaqdadır. Dini zəmində qarşıdurmaya təşviq edən nifrət çağırışlarının əyani sübutu son günlərdə İsveç və Danimarkada müqəddəs “Qurani-Kərim” kitabının yandırılması cəhdləridir. “Biz bunu çirkin əməl kimi qınayır, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, eləcə də ksenofobiya, antisemitizm, islamofobiya və xristianofobiyanı, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının təhqir olunması hallarını qətiyyətlə pisləyirik. Bu mövqenin beynəlxalq təşkilatların kürsüsündən, Avropa Şurası platformasından təbliği vacibdir. Qəbul edilməlidir ki, təhlükə dindən deyil, dinin siyasiləşdirilməsi, din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından gəlir. Din və siyasət xadimlərinin sülh naminə beynəlxalq platformalarda birgə əməkdaşlığı zamanın tələbidir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENT İLHAM ƏLİYEV RƏCƏB TAYYİB ƏRDOĞANI AZƏRBAYCANA DƏVƏT EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Prezidentlər Ramazan bayramı münasibətilə bir-birini...

Bağla