QMİ SƏDRİ TÜRKİYƏDƏN GƏLƏN QONAQLARLA GÖRÜŞÜB

0

Dekabrın 19-da Qafqaz Müsəlmanları idarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri Akkan Suveri və Qrupun Baş katibi Cəfər Okrayı qəbul edib.

Görüşdə iki tərəfi maraqlandıran məsələlər müzakirə olunub.

Akkan Suveri Şeyxülislam Allahşükür Paşazadəni gələn ilin mart ayında baş tutacaq Mərmərə Qrupu Vəqfinin toplantısına dəvət edib və bildirib ki, toplantı çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100-iliyinə həsr olunan tədbir keçiriləcək. Qonaq həmçinin Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə Cümhuriyyətin yüzilliyinə həsr olunan “Mərmərə Qrupu Vakfı” kitabını hədiyə edib.

Dəvəti məmnunluqla qəbul edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A. Paşazadə qonaqlara Quranı-Kərimin nüsxələrinin hədiyyə edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ SƏDRİ RUSİYA RUHANİ İDARƏSİ SƏDRİNİN BİRİNCİ MÜAVİNİ İLƏ GÖRÜŞÜB

Dekabrın 19-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam institutunun rektoru...

Bağla