QMİ SƏDRİ TÜRKİYƏYƏ SƏFƏR EDƏCƏK

0

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək.

Məqsəd “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə mayın 11-13-də İstanbulda keçiriləcək XXIX Avrasiya İqtisadi Zirvə toplantısında iştirakdır.

Toplantının builki mövzusu “Qlobal məsuliyyət – müharibədən sonra dünya, yeni güc balansları, ortaq gələcək axtarışı, su ilə yaşıllığın tükəndiyi bir planetdə yaşam”dır.

A.Paşazadə Zirvə görüşündə çıxış edəcək, tədbir çərçivəsində görüşlər keçirəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Alparslan Bayraktar: Türkiyənin Azərbaycanla nümunəvi enerji əməkdaşlığı var

Türkiyənin Azərbaycanla nümunəvi enerji əməkdaşlığı var. "Report"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar...

Bağla