QMİ SƏDRİNƏ OMBUDSMAN TƏSİSATININ 20 İLLİYİ YUBİLEY MEDALI TƏQDİM OLUNDU

0

Yanvar ayının 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanı qəbul edib.

Görüş üçün öz minnətdarlığını ifadə edən xanım S.Əliyeva yeni ilə qədəm basarkən Şeyxülislam Həzrətləri ilə görüşüb onun xeyir-duasını almağın mühüm və anlamlı olduğunu qeyd etdi. Bildirdi ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı 20 il əvvəl Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Bununla əlaqədar xanım S.Əliyeva Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə yubiley medalının təsis edilməsi ilə bağlı müraciət etmiş, həmin müraciət ölkə başçısı tərəfindən müsbət qarşılanmış və medal təsis olunmuşdur. “Bu yubiley medalını yaxın tariximizin bütün dövrlərində – Sovet dövrü, müstəqilliyimizi bərpa edərkən, Qara Yanvar günlərində, 44 günlük Vətən müharibəsi dövründə – hər zaman Azərbaycan xalqının yanında olan dini xadim, ağsaqqal, hörmətli Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə təqdim etmək mənim üçün böyük şərəf və qürurdur.”

Aldığı mükafatın onun üçün xüsusi dəyər daşıdığını bildirən Şeyxülislam həzrətləri xanım Ombudsmana təşəkkür etedərək onun çətin, amma mühüm və şərəfli fəaliyyətinə Allah Taalanın xeyir-duasını dilədi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Hulusi Akar: Yaxın vaxtlarda öz tanklarımızı, gəmilərimizi istehsal edəcəyik

"Yaxın vaxtlarda öz tanklarımızı, gəmilərimizi istehsal edəcəyik". Bunu Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar deyib. Onun sözlərinə görə,...

Bağla