QÜDSÜN FƏTHİ

0

4 iyul 1187-ci ildə meydana gələn Hittin müharibəsindən sonra sağ qalan səlib qüvvələri Qüdsə çəkildilər. Səlahəddin Əyyubi isə ordusunu toplayaraq zəifləyən Qüds xaçlı krallığına hərəkət etməyə başladı. 20 setyabr 1187-ci ildə Qüds qala divarlarına çatan Səlahəddin Əyyubi əmr verərək şəhərə hücumu başlatdı. Müsəlmanlar mancınıqlardan daşlar fırladaraq qala divarlarını yıxmağa çalışırdılar. Bu əsnada şəhərdə xaos hökmran idi. Qüds şəhərinin müdafiəsi ibelinli Baliana tapşırılmışdı. Mühasirənin davam etdiyi günlərdə krallığın öndə gələn din adamları və iktidar sahibləri bir araya gələrək məsləhət məclisi qurmuşdular. Məclisdə söz alan kardinal Herakl ibelinli Baliandan mühasirəni bitirməsini xahiş edirdi. Balian isə əli silah tutan bütün əhalini şəhərin müdafiəsinə cəlb etmişdi.

            Mühasirə davam etdikcə səlibçilərin vəziyyəti daha da pisləşirdi. Səlibçilər heç bir vəchlə şəhəri təslim etməyə razı olmurdular. Nəhayət, müsəlman qüvvələri 2 oktyabr 1187-ci ildə şəhərin qala divarlarından ağ bayraqların sallandığını gördülər. İbelinli Balian Səlahəddin Əyyubinin yanına gələrək təslim şərtlərini görüşməyə başladı. İbelinli Balian Səlahəddin Əyyubidən xristian camaatın rahat bir şəkildə şəhəri tərk etməsini istədi. Tərəflər təslim şərtlərində razılaşdılar və beləliklə Qüds şəhəri 88 il sonra yenidən müsəlman hakimiyyətinə keçdi. Şəhər azad edildikdən sonra Səlahəddin Əyyubi müharibə cinayətkarları xaric şəhərin bütün əhalisini əfv etdi. Eyni zamanda Məscidi-Əqsa və Qübbətus-Saxra xristian dini əlamətlərindən təmizləndi. Səlahəddin Əyyubinin əmri ilə Məscidi-Əqsa gül suyu ilə yuyuldu. 9 oktyabr 1187-ci ildə cümə günü Məscidi-Əqsada cümə namazı əda edildi.

1099-cu ildə səlibçilər şəhəri ələ keçirdiklərində müsəlman qanı axıtmışdılar. Səlahəddin Əyyubi isə şəhərin xristian əhalisini bağışlayaraq İslam dininin üstünlüyünü bir daha qarşı tərəfə göstərdi. Bu həqiqət qərbli yazıçı Holt tərəfindən bu sözlərlə dilə gətirilmişdir: “Bu, 1099-cu ildə qana susamış səlibçilərin şəhərə girişi ilə ironik bir təzad təşkil edirdi.”

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Şamaxıda “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı çərçivəsində QMİ-nin Şamaxı bölgə Qazılığının təşkilatçılığı ilə...

Bağla