QURAN GÜNDƏLİYİ

0

NƏCM SURƏSI

Nəcm surəsi Məkkədə nazil olmuşdur və 62 ayədir. Məkkədə enən digər surələr kimi, burada da ümumi olaraq peyğəmbərlik, öldükdən sonra dirilmə və hesaba inanma mövzularından bəhs edir. Ərəb dilində nəcm-ulduz deməkdir. Bu mübarək surənin ilk 18 ayəsiPeyğəmbərimiz Hz. Muhəmmədin (s.ə.s)  möcüzəsi olan Merac mövzusunu ələ alır.

“Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun ki, Sizin yoldaşınız (Muhəmməd əleyhissəlamnə haqq yoldan sapmış, nə də azmışdır!” (Nəcm surəsi; 1-2).

Hz. Peyğəmbər (s.ə.s) Meracda, Allahın geniş mülkündə, ağılları dəhşətə və heyrətə salan maraqlı və əcaib şeylər gördü. Surə insanlara iman etmək, qeyb və vəhy mövzuların da mücadilə etməmək kimi onlara lazımlı olan şeyləri bildirir.

Hz. Peyğəmbər (s.ə.s) Merac gecəsində, Allahın mülkündə heyrətverici şeylər gördü.

“And olsun ki, (Peyğəmbər) öz Rəbbinin ən böyük qüdrət nişanələrindən (möcüzələrindən) bir qismini (Beytül-məmuru, Sidrətül-müntəhanı, Cənnəti, Cəhənnəmi, Rəfrəfi, altı yüz qanadı olan Cəbrailin həqiqi surətini və i. a.) gördü”.

(Nəcm surəsi; 18) Bunların ardından söz, müşriklərin Allahdan başqa tapmış olduqları bütlərdən gedir. Surə tanrı olduqları iddia edilən bütlərin və Allahdan başqasına ibadətin batil olduğunu açıqlayır. Bu barədə Rəbbimiz bütlərə ibadətlə mələklərə ibadət arasında heç bir fərq olmadığını bildirir. (Nəcmsurəsi; 19-24)

Daha sonra bu surə, qiyamət günündəki ədalətli cəzadan bəhs edir. Beləki,o gün hər kəsə etdiyinin qarşılığı veriləcək. Yaxşı iş görən etdiyi yaxşılığın, pis iş görən də etdiyi pisliyin qarşılığını alacaq. İnsanlar yaxşılar və pislər olmaq üzrə iki qrupa ayrılacaqlar. (Nəcmsurəsi; 25-32)

“(Ya Peyğəmbər!) İndi gördünmü (imandan) dönəni, Biraz (pul, mal) verib(qalanına) xəsislik göstərəni? Heç bir günahkar başqasının günahına yüklənməz!” (Nəcm surəsi; 33-38). Müşriklərdən Vəlid ibn Müğirə İslama meyl göstərmişdi. Bunu eşidən digər bir müşrik onu babalarının dinindən üz döndərməkdə ittiham edərək möhkəm danlamış və demişdi ki, əgər Müğirə ona müəyyən məbləğdə pul, mal versə və İslamı atıb öz dininə qayıtsa, o, axirətdə Müğirənin əzabını öz üzərinə götürəcəkdir. Müğirə islamdan üz döndərmiş, lakin xəsislik göstərib həmin şəxsə vəd etdiyi məbləğin hamısını deyil, bir qismini vermişdi.

Surə bu ədalətli cəzaya belə dəlil gətirir: İnsan üçün, əməli və işindən başqa bir şey yoxdur. Heç kim başqasının günahını daşımaz. Çünki cəza günahkardan başqasına verilmir.Bu, Allahın dürüst qanunu və Qurani-Kərimdə, eyni zamanda əvvəlki səmavi kitablarda açıqladığı ədalətli hökmüdür. (Nəcmsurəsi; 39-42)

Bu mübarək surə həyat vermə,güldürmə, ağlatma,öldürmə, Öldükdən sonra diriltmə, zənginləşdirmə,  yoxsullaşdırma, kişi və qadın cütlüyünü bir damla sudan yaratma barəsində Uca Allahın qüdrətinin əlamətlərini xatırladır.(Nəcm surəsi; 43-49).

Surə Ad, Səmud, Nuh və Lut qövmü kimi azğın millətlərin başına gələn əzab və həlakı xəbər verərək, oyun-əyləncəni tərk etməyi və Uca Allaha səcdə etməyi əmr edərək sona çatır. Bundan məqsəd Rəsulullahı (s.ə.s) yalançı saydıqları üçün Məkkə kafirlərinə qarşılaşacaqları əzabı xatırlatmaq, azğın və zalımları üsyan və inadda davam etməkdən çəkindirməkdir.. (Nəcm surəsi 50-62)

KAMRAN MƏMMƏDOV 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İMAN VƏ ƏMƏL MEHVƏRİNDƏ ŞƏXSİYYƏT İNŞASI

Uca kitabımız Qurani-Kərimə nəzər saldıqda insanın yaradılış məqsədlərindən birinin yer üzərində Allahın xəlifəsi olma gerçəyi ilə qarşılaşırıq.

Bağla