QURANDAKI ULDUZLARDAN DANIŞAN XRİSTİAN MÜƏLLİM İŞDƏN QOVULUB

0

Teksasın Fort-Uort bölgəsindəki kolleclərdən birində astronomiya müəllimi olan Deniel Meşburn məktəbdən qovulmaq təhlükəsi ilə üzləşib. Buna, Meşburnun ötən həftə dərslərindən birində Qurani-Kərimdəki ulduzlar barədə olan ayələrdən danışması səbəb olub. Dərsdə müasir elmin kəşfləri ilə Quran ayələrini qarşılaşdıran Meşburn, bunun möcüzə olduğunu deyib.

Bundan başqa Meşburnun məktəbə başını və üzünü örtərək getməsi və dərs vaxtı işıqları söndürüb ulduzları izləməsi təşvişlə qarşılanıb. Müəllimin terror qruplaşmalarına meyl etdiyini düşünən məktəb rəhbərliyi və tələbələr bu barədə polisə xəbər veriblər. Meşburnun Quran barədə danışdığı dərsi telefonla çəkən bir tələbə isə bu görüntüləri polisə verib.

Məktəb rəhbərliyi isə, haqqında istintaq başladılmasa da Meşburnu müddətsiz olaraq işindən uzaqlaşdırıb.

Meşburn verdiyi açıqlamada hicaba bürünmədiyini, soyuqdan qorunmağa çalışdığını, həmçinin qaranlıqda ulduzlara baxmağı sevdiyini deyib. Qurandan danışması barədə isə müəllim hər hansı bir açıqlama verməyib.

 

Xəbər : ŞİRƏLİ MƏMMƏDOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏN BÖYÜK SƏRVƏTİMİZ

Onlar bir əfsanədir. "Ata" kəlməsinin mənası uşaqları üçün tam fərqlidir. Yıxıldığı zaman "ana!" deyə qışqıran uşaq, arxasından atasının qaçıb gələcəyindən...

Bağla