RƏCƏB TAYYİB ƏRDOĞAN AZƏRBAYCANA SƏFƏR EDƏCƏK

0

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycana gələcək və Zəngilan ilə Cəbrayıl rayonlarına səfər edəcək.

“Anadolu” agentliyinin xəbərinə görə bu barədə Rəcəb Tayyib Ərdoğan, Şanxay Əməkdaşlıq Təşkilatının iclasından sonra jurnalistlərə verdiyi açıqlamada bildirib.

Qardaş ölkənin prezidenti Zəngilan aeroportunun açılışında iştirak edəcəklərini, daha sonra mərasim üçün Cəbrayıl rayonuna gedəcəklərini bildirib.

“Bütün region ölkələrinin Qarabağ məsələsində Azərbaycana qeyd-şərtsiz əstək vermələri çox önəmlidir. 20 oktyabrda Zəngilan aeroportunun açılışını edəcəyik. Açılışdan sonra Cəbrayıla gedib mərasimi də orda edəcəyik inşallah.” – deyə Ərdoğan bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DÖVLƏT BAXÇALI: “TÜRKİYƏ SONADƏK AZƏRBAYCANLA BİRLİKDƏ OLACAQ”

“Türkiyə sonadək Azərbaycanla birlikdə olacaq”. Bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı deyib. “Qarabağda təxribat törədən, qardaşlarımızın qanını tökən...

Bağla