Rəsmi Ankara: “Biz gücümüzü Azərbaycan torpaqlarının geri qaytarılmasında hiss etdirmişik”

0

“Biz humanitar, meydandakı və masa arxasındakı gücümüzün bütün aspektlərini Şərqi Aralıq dənizində hüquq və mənafelərimizin qorunmasında, Liviyada iğtişaşçıların zülmlərinə son qoyulmasında və Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılmasında hiss etdirmişik”.

Bunu Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

“Xüsusilə İstanbuldakı görüş nəticəsində gərginliyi azaltmaq üçün hər iki tərəfdən işarələr verildi. Prezidentimizin görüşün əvvəlindəki nitqindəki “Ədalətli sülhdə uduzan olmaz” vurğusu çox mühüm idi. Müsbət və konstruktiv şəraitdə keçən bu görüşün nəticələri həqiqətən də sülhə olan ümidləri artırdı və sülh prosesinə mənalı təkan verdi. Bu proses göstərdi ki, regionda və dünyada sabitliyi təmin edən Türkiyə xarici siyasəti ilə qlobal sülhə xidmət göstərməyə davam edir”, – o bildirib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QURANİ-KƏRİMİN İŞARƏ ETDİYİ FAYDALI QİDA VƏ MEYVƏLƏR HANSILARDIR?

Müqəddəs kitabımız Qurani-Kərimdə insan orqanizması üçün faydalı bir çox qida və meyvədən bəhs edilir. Beləliklə Allah-Təala insan oğlu üçün ən...

Bağla