RAMAZAN AYI APRELİN 2-DƏ BAŞLAYIB – RƏSMİ AÇIQLAMA

0

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ramazan ayının aprelin 2-də başlaması ilə bağlı mübahisələrə aydınlıq gətirmək üçün bəyanat yayıb. Bəyanatda deyilir:

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Ramazan ayı ilə bağlı verdiyi fətvada AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinad etdiyi göstərilmişdir. Bəzi insanlar bunu birmənalı qarşılamamış, sosial şəbəkələrdə Ramazan ayının Azərbaycanda aprel ayının 3-də başlayacağını qeyd ediblər. Bununla bağlı Rəsədxananın Elmi əlaqələr və Təşkilat şöbəsinin müdiri Kamal Hüseynovla əlaqə saxladıq.

Hüseynov açıqlamasında bildirdi ki, “Azərbaycan üfüqündə 01 aprel 2022-ci il tarixdə Ramazan hilalı 06.42-də doğmuşdur. Həmin gün 19.04-də Günəş batmış, 19.18-də isə Ay Günəşdən 14 dəqiqə gec batmışdır. Hilalın işıqlanması 0.2% olduğundan teleskopla müşahidə edilmişdir. Aprelin 2-də isə Günəş 19.05-da batmış, Ay isə Günəşdən 1 saat 18 dəqiqə gec 20:23 də batmışdır və Hilalın işıqlanması 2% olmuşdur. Adi gözlə Hilalı Azərbaycan üfüqündə iki gecəlik tam müşahidə etmək mümkün omuşdur. Beləliklə QMİ-nin verdiyi fətva Azərbaycan üfüqü üçün tam həqiqəti əks etdirir. Xalqımızı mübarək ayın başlanması münasibətilə təbrik edirik.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AYASOFİYA MƏSCİDİNDƏ 88 İL SONRA İLK TƏRAVİH NAMAZI QILINDI – FOTO

İstanbulun fəthinin rəmzi sayılan Ayasofiya məscidində, 88 illik fasilədən sonra ötən gecə ilk kütləvi təravih namazı qılındı. Namaz qılmağa gələnlərin...

Bağla