RAMAZAN AYININ 8 BƏRƏKƏTİ

0

Uca Rəbbimiz, qullarının əbədi səadəti üçün; həyat təqvimində, ilahi rəhmət, əfv və çəğfirətin sanki tüğyan etdiyi bəzi mənəvi qazanc mövsümləri təyin etmişdir. Heç şübhəsiz ki, bu mövsümlərdən ən bərəkətlisi Ramazanı-Şərifdir. Çünki,

1.      Hidayət rəhbərimiz olan Qurani-Kərim bu ayda endirilmişdir.

2.      İstisnai ruhi yetkinlik vəsiləsi olan oruc ibadəti, bu aya məxsus olaraq fərz edilmişdir.

3.      Min aydan daha xeyirli olan Qədr gecəsi ramazan gecələrinin içində lütf edilmişdir.

4.      Bu ayın gecələri iftar, təravih və sahurlarla bərəkətləndirilmişdir.

5.      Müxtəlif ehtiyac və məhrumiyyətlər içində olan bir çox könüllər, ən çox bu ayın gəlişi ilə ümid və sevincə qərq olur. Çünki zəkat, sədəqə və infaq kimi ibadətlər, təbəssümü unutmuş neçə-neçə üzü xüsusilə bu ayda güldürür.

6.      Bu ayda cənnətin və hər cür yaxşılığın qapıları açılır.

7.      Günahlardan qorunmaq və pisliklərdən qaçmaq şərtilə cəhənnəmin qapıları bağlanır.

8.      Şərlər və şeytanlar da kamil möminlərin təqva zəncirləri ilə bağlanır.

Beləcə möminlər üçün əbədi səadətin qapılarını açan Ramazan, ümmət üçün də iqbalqapılarını aralayır.

Mənbə: Osman Nûri Topbaş, “Öyle Bir Rahmet ki”

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÖMÜRLÜK BİR RAMAZAN

Allah-Təalaya sonsuz həmd-sənalar olsun ki, bir daha biz aciz bəndələrinin ömür təqvimini ilahi əfvin coşub daşdığı bir Ramazani-Şərif ilə zinətləndirdi. ...

Bağla