RAMAZAN ÜMRƏSİNƏ MƏHDUDİYYƏT QOYULDU

0

Səudiyyə Ərəbistanı krallığı, ramazan ayında ümrə ziyarətinə getmək isyəyən zəvvarlara məhdudiyyət qoyub.

Bu barədə krallığın Həcc və Ümrə Nazrliyi məlumat yayıb.

Məlumata görə, ramazan ayı müddətində hər bir zəvvar sadəcə 1 dəfə ümrə ziyarətinə gedə bilər. Bu qərar daha çox insanın ziyarətini və zəvvarların ramazan müddətində daha asan və daha rahat ziyarətlərini təmin etmək üçündür. – deyə məlumatda qeyd edilib.

Nazirlik həmçinin Səudiyyə Ərəbistanı vətəndaşlarının, ölkədə yaşamaq hüququ olanların və daimi viza sahiblərinin ümrə hüququ olduqlarını bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÇOX SAYDA ZƏVVARIN ÖLÜMÜ İLƏ NƏTİCƏLƏNƏN QƏZA BAŞ VERİB – VİDEO

Səudiyyə Ərəbistanında 20 zəvvarın ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. “Anadolu” agentliyinin məlumatına görə, ramazan ümrəçisi zəvvarları daşıyan...

Bağla