Müqəddəs ramazan ayının 25-də Kəbənin yerləşdiyi Məscidi-Haramda 1.5 milyondan çox mömin ibadət edib.
Bu barədə Səudiyyə Ərəbistanı krallığının rəsmiləri məlumat yayıb.
“Məkkədə Kəbənin yerləşdiyi Məscidi-Haramda ramazan ayının 25-ci gecəsində 1.5 milyondan çox zəvvar qonaq edilib.” – deyə Haramein İşləri üzrə Dövlət Komitəsinin sosial şəbəkədəki paylaşımında bildirilib.
Yerli mətbuat bunun, ramazan ayında qeydə alınan ən yüksək rəqəm olduğunu yazıb.




