Ramin Məmmədov BMT-nin Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumunda iştirak edəcək

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) 11-ci Qlobal Forumunda iştirak edəcək.

Tədbir dekabrın 14-15-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçiriləcək.

Forumda dövlət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, dini liderlər, vətəndaş cəmiyyəti institutları və media qurumlarının nümayəndələri, həmçinin gənclər təmsil olunacaqlar.

Tədbirdə “BMTSA: İnsanlıq naminə iki onillik dialoq – çoxtərəfli dünyada qarşılıqlı hörmət və anlaşmanın yeni dövrünün irəli aparılması” mövzusu ətrafında müzakirələrin, habelə qlobal sülhün möhkəmləndirilməsi, dialoqun inkişafı, multikultural dəyərlərin təşviqi istiqamətində fikir və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DYP SÜRÜCÜLƏRƏ MÜRACİƏT EDİB

Son günlər qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, mövsümlə əlaqədar havaların yağıntılı keçməsi, xüsusilə səhər və axşam saatlarında...

Bağla