Ramin Məmmədov: Dini abidələrin bərpası keçmişə ehtiramın göstəricisidir

0

Dini abidələrin bərpası keçmişə ehtiramın, milli yaddaşa bağlılığın və gələcək nəsillər qarşısında məsuliyyətin göstəricisidir.

“Report” xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda təşkil olunmuş konfrans zamanı deyib.

O bildirib ki, hər bir məscid, ziyarətgah, türbə və ya istənilən tarixi-dini abidə yalnız daşlar və memarlıq elementlərindən ibarət tikili deyil, həm də xalqın keçdiyi tarixi yolun, dini, dünyagörüşünün, adət-ənənələrinin və milli yaddaşın mühüm daşıyıcısıdır:

“Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq bu gün ölkəmizdə mədəni irsin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Tarixi və mədəniyyət abidələrinin mühafizəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi, onların bərpası və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər, qəbul olunmuş qərarlar bu siyasətin ardıcıl, sistemli və məqsədyönlü xarakter daşıdığını göstərir”.

Ramin Məmmədov: ​Azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq prosesinin əsas istiqamətlərindən biri tarixi və dini abidələrin bərpasıdır

Dini Komitənin sədri həmçinin qeyd edib ki, Azərbaycanın tarixi-dini abidələrinin bərpası istiqamətində görülən işlər ölkənin bütün coğrafiyasını əhatə edir:

“Dövlət başçısının sərəncamları ilə Pirəsən ziyarətgahı və Əmircan qəsəbəsindəki İmam məscidinin, bu il isə Gəncə şəhərindəki Şah Abbas Cümə məscidinin təmir-bərpa işləri üçün vəsait ayrılıb. Artıq Pirəsən ziyarətgahında izlədiyimiz kimi işlər başa çatdırılıb, İmam məscidində bərpa işləri yekun mərhələyə keçib, Şah Abbas məscidində isə təmir-bərpa işlərinə başlanılıb”.

Ramin Məmmədov eyni zamanda vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq prosesinin mühüm istiqamətlərindən biri tarixi və dini abidələrin bərpasıdır:

“Burada məqsəd yalnız dağıdılmış tikililərin yenidən qurulması deyil. İşğal dövründə məhv edilmiş, təhqir olunmuş və tarixi görkəmi dəyişdirilmiş mədəni irs nümunələrinin bərpası xalqımızın mənəvi yaddaşının yenidən canlandırılmasıdır. Bu istiqamətdə dövlət siyasətinin ardıcıl şəkildə həyata keçirilməsində Heydər Əliyev Fondunun xidmətləri xüsusi yer tutur. Fondun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində mədəni və dini abidələrin bərpasına yönəlmiş çoxsaylı layihələr həyata keçirilib”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İlham Əliyev TDT TŞ katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. Mətndə deyilir: "Hörmətli tədbir...

Bağla