RUSİYA İLƏ TÜRKİYƏ LİDERLƏRİ QARABAĞLA BAĞLI MÜZAKİRƏ APARIB

0

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin ilə Rəcəb Tayib Ərdoğan arasında telefon söhbəti zamanı Qarabağdakı vəziyyətə dair fikir mübadiləsi aparılıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib. Bölgədəki Rusiya – Türkiyə birgə monitorinq mərkəzinin fəaliyyətinə müsbət qiymət verildiyi qeyd olunub.

Bununla yanaşı, Rusiya lideri bugünlərdə Cenevrədə ABŞ prezidenti Co Baydenlə söhbəti barədə Ərdoğana məlumat verib. Söhbət zamanı Rusiya ilə Türkiyə arasında müxtəlif sahələrdəki əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ AZƏRBAYCANLA VALYUTA SAZİŞİ İMZALAMAĞA HAZIRLAŞIR

Türkiyə bir sıra ölkələrlə valyuta mübadiləsi təminatına dair danışıqlar aparır və bu sırada Azərbaycanla razılığa gəlmələri daha yaxın görünür. “Reuters”...

Bağla