SƏBƏB VƏ NƏTİCƏ

0

İnsan həyatında baş verən hadisələrin səbəblərini anlamaq üçün onları üç əsas təməl üzərindən analiz etmək lazımdır: ilahi, bəşəritəbii səbəblər. Bu üçbucaq hadisələrin mənasını açmaqda, hikmətini dərk etməkdə və nəticələrini doğru qiymətləndirməkdə bizə yol göstərir.

  • İlahi Səbəblər

İlahi səbəblər Allahın mütləq iradəsi ilə baş verən hadisələrdir. Bu hadisələr insanın iradəsi xaricindədir və Allahın hikmətinə əsaslanır. Lut peyğəmbərin arvadı qövmü ilə birlikdə həlak oldu. Bu, Lutun iradəsi ilə deyil, Allahın hökmü ilə baş verdi. “Biz onu və ailəsini qurtardıq, yalnız arvadı istisna olmaqla. O, həlak olanlarla birlikdə idi.” (Əraf, 83)

Nuh peyğəmbərin oğlu tufanda həlak oldu. Nuh əvvəlcə oğlunun niyə həlak olduğunu anlamadı, sonra Allah ona səbəbi açıqladı: “Ey Nuh! O sənin ailəndən deyildir. Çünki bu, pis bir işdir.” (Hud, 46). Xızır əleyhissalamın əməlləri də Allahın iradəsinə əsaslanırdı. O, Musa peyğəmbərə belə dedi: “Mən bunu öz ixtiyarımla etmədim. Bu, səbir edə bilmədiyin şeylərin izahıdır.” (Kəhf, 82). Üzeyir əleyhissalamın yüz il yatması da (Bəqərə, 259) ilahi səbəbə dayanırdı:

  • Bəşəri Səbəblər

Bəşəri səbəblər insanın öz iradəsi ilə etdiyi seçimlər və əməllərdir. Bu sahədə insan məsuliyyət daşıyır və axirətdə sorğu-suala tutulacaqdır (Bəqərə, 286). Gündəlik əməllər – yemək, yatmaq, işləmək kimi fəaliyyətlər insanın bəşəri iradəsi ilə həyata keçirilir. Bu əməllər niyyətə və məqsədə görə dəyərləndirilir.

  • Təbii Səbəblər

Təbii səbəblər kainatın fiziki qanunlarına əsaslanan hadisələrdir. Bəzən bu hadisələr ilahi iradənin nəticəsi olaraq baş verir. Yağış, külək, buzların əriməsi – bu hadisələr təbiətin normal axışıdır. Lakin bəzən Allah bu hadisələri cəza və ya möcüzə üçün istifadə edir. Ad qövmünün həlakı – Allah onların üstünə soyuq bir qasırğa göndərdi – buna misaldır: “O uğursuz günlərdə onların üstünə soyuq bir külək göndərdik.” (Fussilət, 16)

Hadisələrin səbəbini doğru anlamaq üçün onları ilahi, bəşəri və təbii təməllər üzərindən analiz etmək vacibdir. İlahi səbəblər Allahın hikmətinə, bəşəri səbəblər insanın iradəsinə, təbii səbəblər isə kainatın qanunlarına əsaslanır. Bu üç təməl birlikdə insanın dünyanı və hadisələri daha dərindən anlamasına kömək edir. Hər bir hadisənin arxasında bir səbəb, hər səbəbin arxasında isə bir hikmət vardır. Sadəcə, ilahibəşəritəbii səbəblər üçbucağını doğru oxumaq lazımdır.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İbadət yerlərində vakant vəzifələr üçün müsahibə elan edilib

İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən...

Bağla