ŞƏBNƏM İSLAM KOLLECİNDƏ “HAQQA HƏSR OLUNMUŞ ÖMÜR” TƏDBİRİ KEÇİRİLİB

0

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “Şeyxülislam Allahşükür Paşazadə Həzrətlərinin  anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq, hazırlanan Tədbirlər Planına əsasən silsilə tədbirlərdən biri də Şəbnəm İslam Kollecində təşkil olundu. “Şeyxülislam Allahşükür Paşazadə-70: Haqqa Həsr Olunmuş Ömür” adlı təntənəli tədbir keçirildi. Azərbacan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbir Qurani Kərimdən hafizlərin ifasında ayələrin oxunması ilə davam etdi. Daha sonra aparıcı tədbiri açıq elan edib kollecin direktoru Gülnarə Həşimovaya söz verdi. Gülnarə xanım çıxışında  Şeyxülislam Həzrətlərinin geniş və işıqlı həyat yoluna nəzər salaraq qeyd etdi ki, Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin qurulmasında Şeyxülislamın xidmətləri danılmazdır. Allahşükür Paşazadə Həzrətləri müstəqilliyimizin ilk illərində, çox mürəkkəb bir şəraitdə ümummilli liderimiz Heydər Əliyev Cənablarının dinə, milli-mənəvi dəyərlərə münasibətdə yürütdüyü müdrik siyasətin həyata keçirilməsində yaxından iştirak edib.

Prezidentimiz  İlham Əliyev Cənabları bu il Şeyxülislam Allahşükür Paşazadə Həzrətlərinin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi barədə Sərəncam imzalaması A.Paşazadə Həzrətlərinin bütün həyatı boyu cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olunması yolunda səmərəli fəaliyyəti, ölkəmizdə beynəlxalq hüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslanan dövlət-din münasibətlərinin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və təbliği sahəsində səmərəli xidmətlərinə verilən yüksək dəyərin göstəricisidir.

Sonra Allahşükür Paşazadə Həzrətlərinə həsr olunan sənədli film nümayiş olundu.

Tədbirdə Allahşükür Paşazadə Həzrətlərinin həyat yolundan, Azərbaycanda islam elmi tarixinə verdiyi tövhələrdən, beynəlxalq  miqyasda tanınmasından, tutduğu vəzifələrindən, sovet dövründə və  müstəqillikdən sonrakı fəaliyyətlərindən, 20 yanvar və Qarabağ hadisələri zamanı göstərdiyi əvəzsiz xidmətlərindən geniş və əhatəli danışıldı.

Eyni zaman yuxarıda sadalanan mövzularla əlaqəli videolar göstərildi, slayd nümayiş etdirildi.

Tədbirdə iştirak edən Qafqaz Müsəlmanları idarəsinin Sədr Müavini Qəmər Xanım Cavadlı çıxış edərək bildirdi ki:”Şeyxülislam Allahşükür Paşazadə Sovet rejmində ateist düşüncə tərzinin hakim olduğu bir sistemdə hidayət yoluna yönəlmiş, ana duası və niyəti ilə elə bir dövürdə din xadimi olaraq yetişmişdir. Şeyxülislamın həyatı haqqında çoxlu kitablar, əsərlər və məqalələr yazılıb. Onun haqqında dünyanın ən böyuk siyasi xadimləri, din xadimləri, yüksək nüfuza malik şəxsiyyətləri çox gözəl fikirlər deyiblər.

Qəmər xanım onu da qeyd etdi ki, Şeyx həzrətləri Azərbaycanın  mənəvi-dini həyatında, bizim mənəvi aləmimizdə məxsusi nümunələr yaradıb. O nümunələrdən biri də Azərbaycandakı bugünkü islam modelidir. İslam dininin normaları var ki, onlara toxunmaq, onları pozmaq olmaz və o normalar da olduğu kimi tətbiq olunmalıdır”.

Daha sonra söz Allahşükür Paşazadənin qızı Fəlsəfə elmləri üzrə doktor Əmanət Xanım Paşazadəyə verildi. Əmanət xanım bu tədbirin keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirdikdən sonra cənab Prezidentin yubileylə bağlı sərəncamına görə dövlətimizə xüsusi təşəkkür edərək bu hadisədən qürür duyduğunu dilə gətirdi.Sonra ailədə Atasının onlarla davranışı tərbiyə və təhsil metodları haqqında və  uşaqlıq xatirələrindən danışdı. Bir vətəndaş kimi yetişməsində, vətənə,millətə və dininə sadiq xüsuslar aşıladığı üçün atasının xüsusi əməyini dilə gətirdi.

Digər iştirakçıların da çıxışından  sonra tədbir yekunlaşdı.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SƏUDİYYƏ ƏRƏBİSTANI ÜMRƏ ZİYARƏTLƏRİNİ DAYANDIRDI

Səudiyyə Ərəbistanı yeni koronavirus (Kovid-19) növü təhlükəsi səbəbilə ümrə və Məscidi-Nəbəvi ziyarətlərini müvəqqəti olaraq dayandırıb. İslamveirfan.com “Anadolu” agentliyinə istinadən xəbər...

Bağla