ŞƏHİD GENERAL POLAD HƏŞİMOVLA BAĞLI FİLM ÇƏKİLİB

0

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovla bağlı film çəkilib.

“Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, “Poladın izi ilə” adlı ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında istehsal olunub.

Filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, görüntü rejissoru Fahir İmanquliyev, məsləhətçisi Vüqar Əsgərov, montaj edəni Sabir Əskərzadə, səs rejissoru Mehman Nadirov, prodüseri Nazim Hüseynovdur. Çəkilişlər Bakıda və Qəbələdə aparılıb.

“Poladın izi ilə” sənədli filminin təqdimat mərasimi bu gün saat 19:00-da Nizami Kino Mərkəzində olacaq. Mərasimdə şəhid generalın ailə üzvləri, döyüş yoldaşları, dostları iştirak edəcəklər.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RUSİYA MÜSƏLMANLARI BAYRAM NAMAZINI MOSKVA KÜÇƏLƏRİNDƏ QILDI – FOTO

Rusiya müsəlmanları ramazan bayramı namazını Moskva şəhərinin küçələrində qıldılar. Buna, şəhər mərkəzindəki məsciddə məhdud sayda insanın namaz qılması səbəb olub....

Bağla