ŞƏHİDLƏR ÖLMƏZ!

0

İnsanın beyini, ürəyi və digər orqanları funksiyasını itirəndə buna paralel olaraq ruh da bədəni tərk etdiyi üçün ölüm hadisəsi gerçəkləşir. Bu hal Allah yolunda öldürülənlər üçün də eynidir, fəqət “Allah yolunda öldürülənlərə “ölülər” deməyin! Əksinə, onlar diridirlər lakin, siz bunu hiss etmirsiniz.” (Bəqərə, 2), – buyrulur. Allah-təala bu ayədə şəhidlərə ölülər deyilməməsini əmr edir.

“Şəhidlərə ölülər deməyin” kəlamı onlar haqqında “ölülər” deyərək boş danışılmaması üçündür. Həmçinin ayədə şəhidlərdən hörmətlə danışılmağının lazım olduğunu ifadə edən məcazi bir məna da vardır.

Ölən insan yemək yeməz, içməz, hər hansı bir şeydən zövq almaz, halbuki şəhidlər belə deyil. Çünki şəhidlər zahiri olaraq ölsələr də, batini olaraq Allahın onlara bəxş etdiyi xüsusi bir həyatda yaşayarlar. Allah qatında onlara bol nemətlər verilər, ancaq dünyadaki insanlar bunun fərqində olmazlar. Şəhidlərin həyatları mahiyyət baxımından dünyadaklardan fərqlidir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MN: Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir

Ermənistan tərəfi Azərbaycan ordusu barədə yalan informasiyalar paylaşır. İslamveirfan.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat...

Bağla