ŞƏHİDLƏRİN ALLAH QATINDA MÜKAFATI NƏDİR?

0
  1. Şəhidlərin mükafatı qısqanılacaq qədər çoxdur.

Peyğambər (s.a.s) belə buyurur:

“Şəhid cənnətdədir.” (Əbu Davud, Cihad, 25)

“Heç kim cənnətə girdikdən sonra təkrar dünyaya geri qayıtmaq istəməz, ancaq şəhidlər müstəsnadır. Çünki şəhidlər gördükləri hörmət və izzət səbəbilə yenidən dünyaya qayıdaraq bir daha şəhid olmaq istəyərlər” (Buhari, Cihad, 21.)

  1. Şəhidin günahı varsa bağışlanar.

“Hicrət edən, öz yurdlarından çıxardılan, Mənim yolumda əziyyətə düçar olan və vuruşub öldürülənlərin Allah dərgahından bir mükafat olaraq, günahlarının üstünü örtəcəyəm və onları, (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah dərgahındadır.” (Ali İmran, 195)

  1. Şəhidlər axirətdə peyğambərlər, siddiqlər və əməlisalehlər ilə birlikdə olarlar.

“Kim Allaha və peyğambərə itaət edərsə, onlar Allahın nemət bəxş etdiyi peyğambərlər, siddiqlər, şəhidlər və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar nə gözəl yoldaşlardır.” (Nisa, 69)

  1. Şəhidlər axirət sıxıntısı çəkməzlər və yaxınlarına şəfaətçi olarlar.

Bir kimsə şəhid olarsa günahları bağışlanar və cənnətdəki məqamı göstərilər. (İbn Macə, Cihad 16, Tirmizi, Cihad, 25.)

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanın zərbə PUA-ları Ermənistan ordusuna 1 milyard $ zərər vurub – QRAFİK

Azərbaycan Silahlı Qüvvələrinin zərbə PUA-ları Ermənistan ordusuna ümumilikdə azı 1 milyard ABŞ dolları ziyan vurub. Bu barədə “Clash Report”un araşdırmasında...

Bağla