ŞƏKİ ŞƏHƏR MƏRKƏZİ CÜMƏ MƏSCİDİ

0

XVIII-XIX əsr abidəsi olan Cümə məscidinin tikintisində yerli inşaat materiallarından istifadə edilmişdir. Plan qurluşuna görə tağlı, sütunlu salondan ibarət olub, daş və ağaclarla bölmələrə ayrılaraq binadakı bu böyük aşırımı örtməyə imkan vermişdir.

Alçaq yaşayış evlərinin və yaşıllıqların fonunda özünün hündürlüyü ilə seçilən minarə məscidin kompozisiyasında mühüm yer tutur. 28,5 metr hündürlüyündə olan minarə məscid binasından bir neçə metr aralı, ayrıca dayanan tikilidir. Yuxarıya doğru nazikləşən minarə kərpic hörgülərlə, relyefli naxışlarla bəzədilmişdir. Minarədə əlli dörd min kərpic istifadə olunmuşdur. Minarəni tamamlayan şərəfə hissəsi çox məharətlə işlənmişdir.

Məscidin iç məkanı sadə həll olunmuşdur. Buradan ibadət yeri, hücrələrindən isə mədrəsə kimi istifadə olunur. “N” şəklində olan məscid kompleksi iki mərtəbəlidir. Baş fasad kərpic naxışlarla işlənmişdir. Məsciddə dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir. 

  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAYRAQ ŞƏRƏFDİR

Tarixə məlum olan ilk bayraq qədim Çində aşkarlanıb.

Bağla