ŞƏKİ XAN MƏSCİDİNDƏ BƏRPA İŞLƏRİNDƏN SONRA İLK NAMAZ QILINIB

0

Uzun illərdən sonra Şəki Xan məscidində ilk dəfə azan səsi ucalıb və namaz qılınıb. Belə ki, sovet hakimiyyəti qurulduqdan sonra məscid ərazisindən müxtəlif məqsədlər üçün istifadə edildiyindən burada dini mərasimlər olmurdu.

Bərpa edilmiş və yenidən istifadəyə verilmiş tarixi məsciddə dekabrın 2-də 100 ilə yaxın müddətdən sonra ilk dəfə namaz qılınıb və minarəsindən azan səsi ucalıb.

Qeyd edək ki, dekabrın 2-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şəki Xan məscidi kompleksində aparılmış bərpa işləri ilə tanış olublar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub

Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şəki...

Bağla