SƏLAHƏDDİN ƏYYUBİ

0

Səlahəddin Əyyubi, 1138-ci ildə Tikrit şəhərində dünyaya gəlmişdir. Bu əsnada atası Nəcməddin Əyyub şəhər hakimi idi. Şəhər hakimi olduğu illərdə Mosul atabəyi İmadəddin Zəngi ilə dostlu əlaqələri quran Nəcməddin Əyyub onun istəyi ilə Mosula gəlmişdi. İmadəddin Zəngi 1139-cu ildə Bələbəki azad edib Nəcmədin Əyyubu həmin bölgəyə vali təyin etmişdir. Qardaşı Şirkuh isə Zənginin komandirləri cərgəsinə qatılmışdır. 1146-cı ildə İmadəddin Zənginin vəfatı üzərinə oğlu Nurəddin Mahmud Zəngi Mosul və Hələb atabəyi seçildi. Həm Nəcməddin Əyyub, həm də qardaşı Şirkuh səlibçilərə qarşı girdiyi müharibədə Nəcməddin Mahmud Zəngiyə dəstək verdilər. Bu əsnada Səlahəddin Əyyubi şəhzadə kimi yetişdi və keyfiyyətli təhsil aldı.

            Səlahəddin Əyyubi, əmisi ilə birgə 1164-cü və 1169-cu illərdəki Misir səfərlərinə qatıldı. 1169-cu ildə Şirkuh Misir Fatimi dövlətinə vəzir təyin edildi. İki ay sonra vəfat etdi və Səlahəddin Əyyubi Nurəddin Mahmud Zənginin razılığı ilə bu vəzifəni icra etməyə başladı. 1171-ci ildə isə Nurəddin Mahmud Zənginin əmri ilə Fatimi dövlətini ləğv etdi. Çox keçmədən o, Nurəddin Mahmud Zəngiyə bağlı qalaraq Əyyubilər dövlətini qurdu.

            Səlahəddin Əyyubinin əsl qayəsi Qüdsü və ətraf bölgələri səlib işğalından azad etmək idi. Sultanın ağır və uzun çəkən mübarizəsi Qüdsün fəthi ilə nəticələndi. 2 oktyabr 1187-ci ildə Səlahəddin Əyyubi Qüdsü azad etdi. Daha sonra səlibçilərin idarəsindəki digər bölgələrə yönəldi. Sur şəhəri xaric bütün sahil boyu ərazı, Antakya Knyazlığı və Tripoli Qraflığı fəth edildi.

            I və II Səlib yürüşlərinin bitməsindən qısa müddət sonra Fransız kralı II Filipp Avqust, Alman kralı I Fridrix Barbarossa və İngiltərə kralı şir ürəkli Riçardın rəhbərliyindəki səlibçilər yenidən bölgəyə gəlməyə başladılar. Səlib qüvvələri 1189-cu ildə Akka şəhərini mühasirəyə aldılar. İki il davam edən qızğın döyüşlərdən sonra 1191-ci ildə şəhər səlibçilərin əlinə keçdi. Daha sonra Akka və Yafa arasındakı sahil boyu əraziləri də ələ keçirərək Qüdsə hərəkət etdilər. Ancaq səlib qüvvələri şəhəri ələ keçirə bilmədilər. Beləliklə III Səlib yürüşü uğursuzluqla nəticələndi.

            Səlahəddin Əyyubi, mədrəsələr, ibadət mərkəzləri açdırmış, Nil və digər çaylar üzərində körpülər inşa etdirmiş, maarif iləri ilə məşğul olmuşdur. Bu gün İslam dünyasında Səlahəddin Əyyubinin adı çəkiləndə rəhmət oxunur. Əbul-müzəffər, əl-məlikun-nasir, xadimul-Harameyn, Qüds fatehi Səlahəddin Əyyubini hörmətlə yad edirik. Allah rəhmət eləsin!

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında qərargah danışıqları keçirilib

Azərbaycanla Türkiyə arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən, hər iki qardaş ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri...

Bağla