SƏMƏRQƏNDDƏ İLHAM ƏLİYEV VƏ ƏRDOĞAN ARASINDA GÖRÜŞ OLUB

0

Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

Görüşdə Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə bağlı Prezident İlham Əliyevə, Azərbaycan xalqına və şəhid olanların yaxınlarına başsağlığı verib.

Dövlətimizin başçısı başsağlığına görə Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.

Görüşdə Azərbaycanın və Türkiyənin daim bir-birinin yanında olduqları bir daha qeyd edilib. Ölkələrimizin strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Dövlət başçıları energetika, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığa dair birgə layihələri müzakirə ediblər və gələcək təmaslarla bağlı fikir mübadiləsi aparıblar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÖVLUD ÇAVUŞOĞLU: TÜRKİYƏ VƏ AZƏRBAYCAN DAİM TƏK SƏS, TƏK ÜRƏK OLUB

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakının işğaldan azad edilməsinin 104-cü ildönümü ilə bağlı paylaşım edib. O, bu barədə tviter...

Bağla