SƏMƏRQƏNDDƏ TDT XİN BAŞÇILARININ İCLASI KEÇİRİLİR

0

Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 9-cu iclası başlayıb.

Bu barədə təşkilat məlumat yayıb.

Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.

İclasda sabah, noyabrın 11-də keçiriləcək TDT ölkələri liderlərinin zirvə toplantısının gündəliyi və imzalanacaq sənədlər müzakirə olunur.

Eyni zamanda toplantıda təşkilatın gələcək 5 illik fəaliyyəti ilə bağlı strateji fəaliyyət planı qəbul olunacaq.

Həmçinin toplantıda 2009-cu il oktyabrın 3-də TDT-nin Naxçıvanda keçirilmiş iclasından sonra qəbul olunmuş sənədə düzəlişlər edilməsi nəzərdə tutulur.

Zirvə toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana “Türk Dünyasının ali medalı” və Özbəkistanın Milli medalı təqdim olunacaq.

Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. Türkmənistan və Macarıstan isə müşahidəçi ölkələrdir.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRK QAZİLƏR ŞUŞANI ZİYARƏT EDİBLƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə...

Bağla