“SƏSİNİZİ RASULULLAHIN SƏSİNDƏN YÜKSƏYƏ QALDIRMAYIN” AYƏSİNİN DEDİKLƏRİ

0

Qurani-Kərimdə, “Ey iman gətirənlər, səslərinizi Peyğəmbərin səsindən yuxarı qaldırmayın və onunla bir-birinizlə danışdığınız kimi ucadan danışmayın! Yoxsa, özünüz də fərqinə varmadan əməlləriniz boşa çıxar.” (Hücurat-2) ayəsi nazil olduqdan sonra gur səsi olan səhabə Sabit bin Qays (ra) evində oturub ağlamağa başladı.

Rasulullah (ﷺ) bir müddətdir Sabitin məscidə gəlmədiyini görüb onun harada olduğunu soruşdu.

Orada olanlar biri, “Ya Rasulullah (ﷺ) mən onun yerini bilirəm!” – dedi və dərhal onun dalınca gedib onu evdə hönkür-hönkür ağlayarkən gördü. Nə olub, niyə ağlayırsan? – deyə soruşdu.

Sabit bin Qays (ra), “Heç soruşma! Səsim Allahın Peyğəmbərinin (ﷺ) səsindən gurdur. Bütün əməllərim boşa getdi və cəhənnəmlik oldum.” – deyə cavab verdi.

Səhabələr Sabitin (ra) bu sözlərini Rasulullaha (ﷺ) xəbər verdilər.

Rasulullah (ﷺ) buyurdu ki, “Gedin ona deyin cəhənnəmlik deyil, əksinə cənnətlikdir!” (Buxari, Mənaqib 25, Təfsir 49/1; Müslim, İman 187)

Əbu Bəkr (ra), “Həyatda ikən də, vəfat etdikdən sonra da Rasulullahın (ﷺ) yanında səsi yüksəltmək olmaz.” – buyurmuşdur.

Məscidi-Nəbəviyə girin çıxanda səssizliyə diqqət etmək, gurultu yaradacaq işlərdən uzaq olmaq lazımdır.

Mənbə: https://www.islamveihsan.com/

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BİRİ BİZƏ HAQQINI HALAL EDƏRSƏ ALLAH DA EDƏRMİ?

Allah-təala, ona qarşı işlənən xəta və günahları bağışladığı halda qul haqqını xaric tutur. Bağışlamağı haqq sahibinin özünə həvalə edir. İnsanın...

Bağla