SƏUDİYYƏ ƏRƏBİSTANI BUİLKİ HƏCC ZİYARƏTİNİN İLKİN ŞƏRTLƏRİNİ AÇIQLAYIB

0

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bəyan edib ki, builki Həcc ziyarəti “xüsusi şərtlər” altında həyata keçiriləcək. Belə ki, nazirliyin sözçüsü keçirdiyi mətbuat konfransında krallıqda Həcc ziyarətinin təhlükəsiz şəraitdə keçirilməsi üçün Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi tərəfindən bütün zəruri tədbirlərin görüldüyünü deyib. O, bu il keçiriləcək Həcc ziyarətinin detallarını açıqlayaraq qeyd edib ki, ötən il ziyarət məhdud sayda zəvvarın iştirakı ilə təşkil olunub. Bu il isə onların sayının artırılması nəzərdə tutulur. Yeni şərtlərə görə, Həcc ziyarəti zamanı dini ayinlərdə iştirak edəcək yerli sakinlər 7 gün əvvəl ev şəraitində karantin müddəti keçməlidir. Əcnəbi zəvvarlar isə bu müddəti qruplar halında qaldıqları otellərdə keçirəcəklər.

Nazirlik rəsmisi bunu da qeyd edib ki, 50 nəfərdən ibarət olacaq zəvvar qruplarına rəhbərlər təyin ediləcək və onlar təhlükəsizlik tədbirləri, o cümlədən qoruyucu maskaların taxılması, sosial məsafəyə riayət olunmasına nəzarət edəcəklər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RAMAZAN BAYRAMI

Bayramlar hər il təkrarlanan və insanlar tərəfindən önəm verilən xüsusi günlərdir. Dini və dünyəvi anlayışından aslı olmayaraq hər bir xalqın...

Bağla