SƏUDİYYƏ ƏRƏBİSTANI HƏCC ÜÇÜN 1 MİLYON ZƏVVAR QƏBUL EDƏCƏK

0

Səudiyyə Ərəbistanı krallığı bu il Həcc ziyarəti üçün qəbul ediləcək zəvvar sayını 1 milyona çatdıracağını açıqlayıb.

Səudiyyə Ərəbistanı Həcc nazirliyinin açıqlamasına görə bu il xaricdən də, 65 yaşından kiçik tam peyvəndli zəvvarlar qəbul ediləcək.

Həmçinin ölkəyə gələcək hər zəvvardan, son 72 saatda alınmış neqativ PCR test nəticəsi arayışı tələb olunacaq.  

Bundan başqa nazirlik, zəvvarlardan ziyarət müddətində covid-19 pandemiyası tədbirlərinə riayət etməyi tələb edib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı covid-19 pandemiyası  səbəbindən 2020-ci ildə sadəcə ölkə daxilindən məhdud sayda zəvvarı Həcc ziyarəti üçün qəbul etmişdi. Ötən il də sadəcə 60 min zəvvar qəbul edilmişdi.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞUŞADA MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASI KEÇİRİLİR

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada birgə iclası keçirilir. Şuşa...

Bağla