ŞƏXSİYYƏT VƏ ƏXLAQ ARASINDAKI FƏRQ

0

Tərif; Şəxsiyyət, insan mizacının fərqli şəkillərdəki təzahürüdür. Mizac insanın dəyişməz və Allah tərəfindən ona bəxş edilmiş mayasıdır. Şəxsiyyət isə bu “mayanın” fərqli şəkilləridir. Hədisdə “insanlar qızıl, gümüş mədənlərinə bənzəyirlər” buyurulur. Hər bir insan şəxsiyyətində qızıl, gümüş, kömür və başqa mədənlər gizlidir. İnsan içindəki mədənlərin ən dəyərlisini “qazıb” çıxartmalıdır.

Suyun tərkibinin H2O olduğunu, həmçinin suyun buxar, maye və buz hallarında ortaya çıxdığını bilirik. H2O mizacımız, suyun müxtəlif halları da şəxsiyyətimizdir, yəni əslimiz “H2O” olsa da şəxsiyyətimiz “buxar”, “maye” və “buz” şəklində ortaya çıxır. Mizacımızı yəni “H2O” nu dəyişə bilməsək də “buxar”, “maye” yoxsa “buz” olmağımız həm özümüzdən və ailədən, həm də ətraf mühitdən, təhsildən, tərbiyədən asılıdır. Enneaqram elmində mövcud 9 mizac tipindən biri ilə dünyaya gəlsək də, bu mizacların doqquz fərqli sağlamlıq səviyyəsi, stress və rahat vəziyyətləri, üç fərqli alt tip təsiri, qonşu tiplərin cazibəsi kimi bir çox amillərlə insanın “şəxsiyyət ağacı” şəkillənir. Nəticədə yüz minlərlə fərqli şəxsiyyət tipi əmələ gəlir. İnsanların alma, armud, qoz, portağal, xurma və s. kimi müxtəlif ağaclar olduğunu düşünək. Bir insan alma olaraq doğulmuşsa böyüdüyündə armud yaxud xurma olması mümkün deyilsə də qollu-budaqlı və barlı-büsatlı bir alma ağacı olması özündən, ailəsindən, çevrəsindən, təlim-tərbiyədən və s. asılıdır.

Ağac bütövlükdə insan şəxsiyyətinin misalıdır. Ayrı-ayrılıqda hər bir meyvəsi, budağı, yarpaqları isə onun əxlaqıdır. Meyvələri danışıq qabiliyyətimizə, budaqları davranışlarımıza, yarpaqları da dinləmə və düşüncə dünyamıza bənzədə bilərik. Dolaysıyla ağac budaq, yarpaq, meyvə və bənzəri hissələrdən ibarət olduğu kimi insan şəxsiyyəti də danışıq, davranış kimi bir çox xüsusiyyəti əhatə edir.  “Əxlaq” ərəb dilində “xulq” sözünün cəmidir və vəsiflər, xarakterlər, xasiyyətlər mənasına gəlir.

Tərif; Əxlaq insan şəxsiyyətinin fərqli şəkillərdəki təzahürüdür. Hədisdə belə buyrulur. “Mən üstün əxlaqı tamamlamaq üçün göndərildim”. Şəxsiyyətimiz nə qədər ucalarsa əxlaqımız da bir qədər görkəmli olar. Bunlar bir-biriylə düz mütənasibdir. “Alma ağacı”nın ehtişamlı və əzəmətli olması üçün ona İslamın tövsiyə etdiyi şəkildə qulluq etməyimiz lazımdır.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ SƏDRİ: PANDEMİYA DÖVRÜNDƏ MÜNAQİŞƏLƏRİN DAYANDIRILMASI, NİFRƏT ÇAĞIRIŞLARININ QARŞISININ ALINMASI ZƏRURİDİR

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 30 iyun tarixində KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin təşkil etdiyi «Zəifləri qorumaq: həmrəyliyə və...

Bağla