SABAH BAKIDA 14, RAYONLARDA 18 DƏRƏCƏ İSTİ OLACAQ

0

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorolgiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Mülayim şimal küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq. havanın temperaturu gecə 4-7° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Əksər rayonlarda əsasən yağmursuz olacağı gözlənilir. Lakin gecə və axşama doğru bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Allahşükür Paşazadə Bakıda səfərdə olan BMT-nin Ali nümayəndəsi ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos ilə...

Bağla