ŞİDDƏTLİ YAĞIŞA BAXMAYARAQ ZƏVVARLAR TAVAFA DAVAM ETDİ – VİDEO

0

Ötən gün Səudiyyə Ərəbistanın Məkkə şəhərinə leysan yağış yağıb. Yağmurlu hava şəraitinə baxmayaraq zəvvarlar Kəbənin ətrafında tavafa davam ediblər.

Yağan yağış Məkkə şəhərinin bəzi bölgələrində selə səbəb olub, avtomobillər suyun altında qalıb və bəzi evləri su basıb.

Şəhər rəsmiləri sel nəticəsində ölən və yaralanan olmadığını bildiriblər. Məkkə Mülki Müdafiə İdarəsi əlverişsiz hava şəraiti səbəbilə şəhər əhalisinə və qonaqlara ehtiyyatlı olmaları üçün xəbərdarlıq edib.  

Müqəddəs Kəbədə  yağmurlu havaya baxmayaraq tavafa davam edən zəvvarların görüntülərini oxucularımıza təqdim edirik:

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ZƏNGİLAN MƏSCİDİNİN BƏRPASINA BAŞLANILIB – VİDEO

Aprelin 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Heydər Əliyev Fondu tərəfindən bərpa olunacaq Zəngilan məscidinə...

Bağla