SİQARET ÇƏKMƏYİN İSLAMDAKI HÖKMÜ

0

Siqaretin insanın sağlamlığına vurduğu ziyanlar səbəbilə, siqaret çəkməyin dini hökmünün nə olduğuna açıqlıq gətirilməsi şərtdir. Əsri-səadəttə narkotik vasitələrinin nə olduğu bilinmirdi. Sonralar alimlər narkotik vasitələrinin insanı uyuşdurduğu üçün şərabla müqayisə edərək caiz olmadığını dedilər.

Əvvəllər alimlərin çoxu siqaret haqqında ayə və hədis olmaması səbəbilə, “əşyada əsil olan mübahlıqdır” qaydasını nəzərə alaraq siqareti mübah saydılar. Hətta bəzi Şafi alimləri tərəfindən “bir qadın siqaret aludəçisidirsə, siqaretinin xərci də alimentə daxildir” deyilir.

Siqaretin zərərsiz olduğunu demək artıq tibbi olaraq imkansızdır və bunu dini qadağalar dairəsinin xaricində düşünmək doğru olmaz. Qurani-Kərimdə belə buyurulur: “Öz əllərinizlə özünüzü təhlükəyə atmayın! Yaxşılıq edin! Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir” (Bəqərə, 2).

Peyğəmbər (s.ə.s) də “Nə birbaşa zərər vermə, nə də zərərə qarşılıq vermə var” (İbn Macə, Ahkam, 17) buyuraraq, bir kimsənin nə özünə, nə də başqalarına zərər verməsi gərəkdiyini vurğulayır. Digər bir tərəfdən siqaret aludəçisinin etdiyi xərclər də israf kimi qəbul edildiyindən ayədə də buna vurğu edilir. Ayədə “Yeyin, için, lakin israf etməyin! Şübhəsiz, Allah israf edənləri sevməz” (Əraf, 31) buyurulur.

Siqaretin ailəyə və çevrəyə vurduğu ziyanı nəzərə alaraq, ailə başçısı olan birinin ailəsinin ehtiyacı olduğu pula siqaret alması həm maddi, həm də mənəvi yöndən qəbul edilməz bir şeydir. Bunun hökmünün haram olduğu bildirilir.

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FANATİK YƏHUDİLƏR MƏSCİDİ ƏQSAYA HÜCUM ETDİ

Fanatik yəhudilər İsrail polisinin müşayiəti ilə müsəlmanların ilk qibləsi olan Məscidi Əqsaya hücum edib. Bu barədə “Qüds İslami Vəqflər İdarəsi”...

Bağla