“SON 6 İLDƏ 18 220 TERRORÇUNU ZƏRƏRSİZLƏŞDİRMİŞİK”

0

“Həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində 2015-ci il iyulun 24-dən indiyədək 18 min 220 terrorçu zərərsizləşdirilib. Yalnız bu il məhv edilən terrorçuların sayı isə 1366 nəfərdir”.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar 2-ci ordu qərargahını ziyarəti zaman jurnalsitlərə açıqlamasında bildirib.

O, Əfqanıstanın paytaxtı Kabulda Həmid Karzay adına Beynəlxalq Hava Limanı ilə bağlı ABŞ-ın hərbi heyəti ilə görüş barədə də danışıb. O qeyd edib ki, bu, Əfqanıstan üçün həyati əhəmiyyət daşıyan, ölkənin xaricə açılan qapısıdır: “Məsələ ilə bağlı danışıqlar davam edir. Hələ ki qərar qəbul olunmayıb”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSVEÇ APELYASİYA MƏHKƏMƏSİNDƏN HİCABA DƏSTƏK QƏRARI

Qeteborq appelyasiya məhkəməsi, İsveç inzibati məhkəməsinin hicab qadağasının əleyhində qəbul etdiyi qərarı təsdiqləyib. Skurup ve Staffanstorp bələdiyyələri əvvəlki illərdə uşaq...

Bağla